Rəfail Tağızadə - Gecə xəyalları

Gecə xəyalları

Rəfail Tağızadə

Жанр: Поэзия

0

Моя оценка

Добавить цитату

© Rəfail Tağızadə, 2020


ISBN 978-5-4498-4368-5

Создано в интеллектуальной издательской системе Ridero


Rəfaİl Tağızadə. Gecə xəyallaRı

Rəfail Tağızadə üçün
poeziya nöktürnü

İllər öncəsi Rəfail Tağızadənin şeirləri haqqında yazdığım essedən bəzi fraqmentləri bir daha oxucularımız və şairin özü üçün xatırlatmaq istərdim. Rəfail Tağızadə Qarabağda doğulub boya-başa çatıb, indi o tutya torpaqlarımız düşmən işğalına məruz qalıb. Rəfail bir qatara bilet alıb döğulduğu yerə gedə bilmir. Orda kənd qəbiristanlığında şairin ulu babalarının məzarı başında yasin oxuyan yoxdu…

Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rakuslar dəyişir, işıq-kölgə effektləri biri-birini əvəzləyir, amma ağ-qara fotolara bənzəyən şeirlərin üzərində qan izi gördüm…

Sərhədlər kəsdi əlimi
bаrmаqlаrım qаn içində.
Bölgə-bölgə cаn veririk
хəritədə аn içində.
Daha bir şeirdən nümunə;
Аyrılıq yаmаn аcıdı,
dərdimə аləm аcıdı,
Vətən tоrpаğın tаcıdı,
qоymаğа bаşlаr tаpılа.
Və qan rəngli misralar;
Qаrаbаğ,
gedib yenə gələcəyik,
yurd uğrundа sоn sаvаşdа
biz ölümə güləcəyik.

R. Tağızadənin ilk kitabı «Qapı» -2004-cü ildə çap olunub. Mən Rəfailin iki kitabının redaktoru olmuşam və o əl boyda iki şeir toplusuna ön söz yazmışam.

İndi dostumuz üçüncü kitabını çapa hazırlayır. Atalarımız üçdən deyiblər, amma könül istərdi ki, yeddi desin. İnşallah, şairin yeddinci kitabı ilə öz oxucularını sevindirəcəyi günləri də görəcəyik. Və hər dəfə şair bizim üzümüzə yeni bir «QAPI» açacaq.

Nədənsə Aydın Əfəndini, Nizami Aydını xatırladım, hər iki istedadlı şairin ilk kitabları ölümlərindən sonra çap olundu. Doğrudan da ölümündən sonra başlayır şair ömrü. On beş yaşında ilk şeirləri oxucuların diqqətini cəlb edən Əhməd Mühib Dranasın ilk kitabı yarım əsrdən sonra 65 yaşında yayınlanıb. «Həsrətindən kələbçələr (qandallar) çürütdüm» – deyə dünyaya və insanlığa bağıran, bəlkə də pıçıldayan Əhməd Arifin sağlığında bir kitabı vardı. Şairin ölümündən sonra bu kitab düz otuz iki dəfə çap olundu.


* * *

Mən fatalist adamam, Taleyə, metofizik olaylara və əlamətlərə səmimi-qəlbdən inanıram. Rəfail Tağızadə ilə fəlsəfi-estetik baxışlarımız, vərdişlərimiz, üslublarımız fərqli ola bilər, amma qəlbimizə və misralarımıza eyni yerdən, eyni işıq düşür.

Bəzi tənqidçilərimiz kimi poeziyaya, ümumiyyətlə incəsənətə rasional düşüncəylə yanaşmıram. Mən hardasa bohem adamam və bütün bohem adamlar kimi spontan, intiutiv bir həyat yaşayıram. Aydın Əfəndinin, Fəyyad Xamisin, Andrey Voznesenskinin, Nazim Hikmətin, Atilla İlhanın, səkkizinci əsrdə yaşamış çin şairi Van Veyin, fələstinli Mahmud Dərvişin və Vaqifin (V.B. Odər) şeirləri, Qoyyanın, Van Qoqun, Maqrittin, Sezannın, Bəhlulzadənin və Mircavadın tabloları, Alfred Şinitkenin, Con Lenonun, Morissonun, Loqrenin və iyirmi beş yaşlı Türkər Qasımzadənin musiqisi ən ağır, ən kədərli anlarımda mənim sirdaşım olub.

…Rəfail Tağızadə ilə ilk tanışlığımız yaxşı yadımdadır, yaxşı yadımdadır ki, ilk görüşümüzdən sonra uzun illərin dostları kimi ayrılmışdıq.

2004-cü ildə Rəfailin ilk kitabı işıq üzü gördü. Əslində bu kitabda toplanmış şeirlərin üzünə çoxdan işıq düşmüşdü. Rəfail poeziya sevərlərin üzünə bir «QAPI» açmışdı və bu QAPIDAN süzülən işıq şüası onun şeirlərinə, misralarına, sözlərinə hopmuşdu. Onun ilk kitabı Ömür adlı şeirlə açılır. Deməli, Rəfail QAPI arxasında bir şair, bir vətəndaş ömrü yaşayır.

Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.
Göyün üzün аlıb qаrа buludlаr,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
«Payız lövhələri”ndən daha bir epizod;
Sоyudur аğаcı pаyız özütək
əl еtmir yаnındаn ötən qаtаrа,
kölgədə yаzılаn хаtirələri
kimsəsiz vаqоnlаr yığıb аpаrа.

Rəfail Tağızadənin poeziyası payız üstə köklənib. Bir çox şair dostlarımızın poeziyasında payız ovqatı önəmli yer tutur. Payız rəssamların və şairlərin fəslidir. Rəfailin son illər qələmə aldığı şeirlərini oxuyanda İsaak Levitanın və Səttar Bəhlulzadənin tablolarını xatırlayıram. Rəfailin payız peyzajlarında ağacların yaylığı ayaqlar altında qalır, ağacların əlləri havada çırpınır.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,

yеnə bu könlümdə küləklər əsir,

aхşаm süfrəsində bоş qаlıb bir yеr

kölgələr dоlаşır, kölgələrdə sirr.

Etiraf edək ki, bu misralardan payız qoxusu gəlir. Misralar sanki akvarel boyalarla çəkilmiş naxışlardı. Şair naxış-naxış misralardan payız xalısı toxuyur. Və bu naxışlar bizim milli ornamentlərimiz kimi gözü-könlü oxşayır. Misraların ovsunu sadəcə gözü-könlü oxşamaqla qalmır, sanki birdən-birə canlanır. Canlanır və bizim sevincimizə, kədərimizə, ümidimizə şərik olur. Şair payızda çiçəkləyən ağaclar kimi göyüzünə boylanır-göyüzündə qərib durnalar…

çıxdım qapıdan

arxamca su at

Rəfail Tağızadə yeni bir kitabı ilə yola çıxır. Şairin arxasınca bir dolça su atın…

* * *

Yuxarıda qeyd etmişdim ki, Səttar Bəhlulzadə və İsaak Levitanın rəng əlvanlığı Tağızadənin son illər yazdığı şeirlərdə daha qabarıq şəkildə özünü büruzə verir, amma bu rəng əlvanlığı həzin bir qüssə ilə süstlənib. Başqa bir önəmli nəsnə isə şairin sözlərlə, kəlmələrlə, misralarla çəkdiyi mənzərələrin az qala fotoqrafik bir dəqiqliklə təsvirindən ibarətdir.

Rəfail Qədir Rüstəmovun, Səxavətin yanıqlı bir səslə oxuduqları muğamı və Şopenin polifonik musiqisini sevir – bu musiqi onun payız mənzərələrinin, «Polşa şeirlərinin» musiqisidir. Payız həm də xatirələr fəslidir, indi şair ömrünün xatirələr fəslini yaşayır;

Ağrıdı, acıdı, şirindi, baldı,
gəldimi, getdimi, itdi, ya qaldı,
yığıb saxladığın yoldamı saldı?
Gedə bilmədiyi yerlərdən gələn
xatirə yaşadır insanı bəzən.

Şair insan ürəyinin qan rəngli dumanda yarpaq kimi çırpındığı bir ormanda tənha bir ağacın taleyinin gerçəkdən bir faciə olduğu duyğusu bilincaltında uyuyan zamanın əksini çəkir elə bil. Burda insanların dili lal, qulağı kardı, burda göyüzü damar-damardı. Fəqət, burda göyüzündə «Allahın qəlblərə baxdığı yerdən» yağış yağmır, burda göyüzündən qan damır…

Burda insanlar öz ad günlərində anasız doğulurlar…

Aydan boylanan bulud
bağlayır çərçivəsiz qapımı,
örtür şüşəsiz pəncərəmi…

Az qala unudacaqdım-Rəfail Tağızadənin şeirlərində buludlar axıb gedir. Buludlar… buludlar…

Araşdırma və ya bir resenziya sənətkar haqqında tam doğru-düzgün mənzərə yarada bilməz, olsa-olsa onun həyat və yaradıcılığına işıq tuta bilər. Bir rəssamın tablosunu öz gözlərimizlə görməliyik, şairin şeirini oxumalıyıq, mütləq oxumalıyıq.

…Açıq qapı arxasından musiqi səsi eşidilir – bu Şopenin nöktürnüdür.

Musiqiçi dostum
bir nöktürn çal.
Məni məndən qopar,
məni məndən al.

Şopen musiqiylə, Rəfail Tağızadə şeirləriylə Yaradana dua edirlər…


* * *

Telefon zəng çalır – dəstəkdə Rəfailin səsi. Ordan-burdan, mənim səhhətimdən, Suriyadan, Fələstindən, Qarabağdan və Əkrəm Əylislidən danışırıq…

Yenidən masa arxasına keçirəm, amma daha yaza bilmirəm, bu yazı bir telefon zəngi ilə bitir. Içimə çökmüş niskillərin acısı gözlərimi yandırır…

Şeir şairin daxili monoloqudur, yəni iç səsidir.

Rəfail Tağızadənin iç səsini-monoloqunu dinləyin…

«Gecə xəyalları» haqqında düşünün…

Şairin gecə xəyalları ilə öz gecə xəyallarınız arasında bağlılıq tapacağınıza ümid bəsləyirəm, bu isə şair xoşbəxtliyidir.


* * *

İnsan doğulduğu torpağa bənzəyir. Rəfail Tağızadə Qarabağa oxşayır…


Adil Mirseyid

Nİgaranlıq

Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.
Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.
Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.
10.01.2011

vİtrİndəkİ pаltаrlаr

alıcısını gözləyən vitrindəki pаltаrlаr
utаnаr yаmаn,
utаnаr zаmаn-zаmаn
kirаyənişin bədənə
gеyinilib sоyunulmаqdаn
vitrindəki pаltаrlаrın
«аpаr məni, аpаr məni» dеyən,
yаlvаrаn bахışlаrı
uzаnаr…, uzаnаr qаpıyаcаn
vitrindəki pаltаrlаr
bir аnlıq хоş bахışlаrа аldаnаr
vitrindəki pаltаrlаr
umud asılqanındаn asılаr
gеcədən səhərədək
vitrindəki pаltаrlаr
хəyаllаrındа
bir isti bədənə sığınıb gəzər
yaz gecələrində,
şəhərin tənha küçələrində.
31.01.2008

Darıxan gecə

Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.
Bu gecə qonaq ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
03.01.2011

Dənİz sahİlİndə

Göydən baxan baxışlar,
məni sevir, bağışlar,
bu yuxular qoynunda,
bu tənhalıq içində.
Sahillərdə hasarlar,
aşsam məni asarlar,
saralmış əncirindən,
meynəli kəndirindən.
Qayasında gül oldum,
bağında bülbül oldum,
dibində lal, dənizin,
ləhcəsi bal, dənizin.
05.03.2011

Yaradan aparar mənİ

Günlərim qar tək əriyir,
illərim özündən gedir,
ümidim tək işığaydı
o da ki gözümdən gedir.
Özümmü sevim özümü
həsrət məni yoranacan,
zalım fələk, dəymə mənə
qoy yaşayım doyanacan.
Məni görüb hara qaçdın-
qorxma məndən, qorxma, adam,
neyləyim, sizlik olmadım
bu dünyaya tamam yadam.
Daş atmadım özgəsinə,
kor şeytanla ilişkim yox,
Yaradan qoruyar məni
bu yer ilə bir işim yox.
05.03.2011

Yuxumu qarışdırmışam

Yuxumu qarışdırmışam…
əqrəbdən asılan fikirlər
udur gecə saatlarını,
zamansız qaranlıq asılıb pəncərədən
ayın son işartıları yox olur göy üzündən,
əriyən gecə səhərə doğru axır,
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır.
Xəfif, çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən.
Olmadığım gecə hələ qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən.
Qulağıma qışqırır itən zaman,
dağılır boş məkan,
bu gecə sən yoxsan yuxularımda,
bu gecə mən də yoxam yuxularında.
Gecə də mənim deyil gündüzlərim tək
zamansız qaranlıq asılıb pəncərədən.
Zamansız qaranlıqda
həsrətim, intizarım,
zamansız qaranlıqda
saatın əqrəbindən
asılı qalmışam mən…
2009

ürək

nеynirdim iki əli, аyаğı,
iki gözü, qulаğı,
bu qədər bаrmаğı nеynirdim?
mənə iki ürək vеrəydin, Аllаh.
ağrıyаndа dəyişdirib
birini sağıma qоyаrdım,
bir аz rаhаt оlаrdım.
nеynirdim iki аyаğı?
biri Qаrаbаğdа minаyа düşəcək
kül оlmuş bir kənddə özümü ахtаrаndа.
nеynirdim, bu qədər bаrmаğı, nеynirdim?
onsuz dа bir əl, bеş bаrmаq
nаrаhаt ürəyimi оvcundа sахlаr.
08.11.2004